Ötən altı ayda 22 fələstinli şəhid olub

Maide.az xəbər verir ki, Fələstin İnsan Haqları və Əsirlər Mərkəzi dünən hesabat açıqlayıb. Hesabatda bildirilir ki, işğalçı sionist rejim cari ilin altı ayı ərzində fələstinlilərə hücum edərək, 22 fələstinlini şəhid və azı 2456 nəfəri həbs edib.
 
Qəzzada da azı 90 fələstinli həbs olunub ki, onların 28 nəfəri dənizdə həbs olunan balıqçı olub.
 
Sionistlər bu müddətdə qadın və uşaqları da hədəfə alaraq, onların bir qismini xüsusən Qüds və Əlxəlildə həbs edib.
 
Mərkəzin bildirdiyinə görə, sionistlər son altı ay ərzində 150 fələstinli qadını həbs edib. Onların əksəriyyəti Ələqsa məscidinin gözətçisi daxil olmaqla Qüsdə həbs olunub.
 
Sionistlər habelə bu müddətdə azı 155 fələstinli uşağı da həbs edib. Bu həbslərin əksəriyyəti Qüds və Əlxəlildə baş verib.

Google+ WhatsApp ok.ru