Livanda partlayış, 41 nəfər həlak olub, 200 nəfər yaralanıb

Beyrutun cənub ətrafında yerləşən “Burc əl Baracn” düşərgəsində şiələr məskunlaşan ərazidə iki komikadze özünü partladıb. 
Maide.az xəbər verir ki, baş vermiş iki partlayış nəticəsində 41 nəfər həlak olub, 200 nəfərdən çox şəxs isə yaralanıb. 
Məlumata əsasən, partlayışlar bir-birindən 7 dəqiqə fasilə ilə baş verib.
Bəzi xəbər mənbələri məlumat yayıb ki, İŞİD terror qruplaşması Beyrutda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Livanın Baş naziri Təmmam Salam faciə ilə əlaqədar noyabrın 13-ə ölkədə matəm elan edib. /

Google+ WhatsApp ok.ru