Sudanda Quran Universitetində baş verən yanğının qarşısı alınıb

Sudan Yanğınsöndürmə qüvvələri ölkənin “Ommu Durman” Qurani-Kərim Universitetində baş verən yanğını söndürüblər.
Maide.az xəbər verir ki, Universitet rəhbərlərindən biri bununla bağlı bildirib: Yanğın bir qrup naməlum şəxsin molotov kokteyli ilə Universitetə hücumu nəticəsində baş verib və böyük xəsarətlərin olacağı gözlənilir.
“Sudan Tribun”-un məlumatına görə, Bu hadisənin ardınca “Ommu Durman” Qurani-Kərim Universitetinin binası Polis qüvvələri tərəfindən mühasirəyə alınıb və oradakı tələbələr binalardan boşaldılıb.
Bəzi məlumatlara əsasən, Sudanın qərbindəki Darfur bölgəsindən olan bəzi tələbələr təhsil haqqı ödəməkdən azad edilmə hüququndan məhrum olunmalarına etiraz olaraq, Universitetin daxilinə Molotov kokteyli atıblar. /

Google+ WhatsApp ok.ru