Livanda yanacaqdoldurma məntəqəsində partlayış olub

Livanda yanacaqdoldurma məntəqəsində partlayış olub


Livanın şimalında Bahaun kəndində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində ən azı 12 nəfər yaralanıb.

Maide.Az Trend-ə istinadla xəbır verir ki, bu barədə Livan telekanalı "LBC" bildirib.

Məlumata əsasən, yaralanlardan 10-u təcili yardım maşınları ilə yerli xəstəxanalara çatdırılıb.

Bildirilir ki, onların həyatı təhlükəsi yoxdur. Livan ordusu və təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət edir.

Google+ WhatsApp ok.ru