Livan Hizbullahı Əlnusrənin 4 başçısını öldürüb

Livan Hizbullahı qüvvələri bu ölkənin şərq dağlarında keçirdikləri əməliyyatda Əlnusrə terror qruplaşmasının dörd başçısını öldürüblər.
 
Maide.az-ın məlumatına görə, Hizbullah döyüşçülərinin Cərud Əltufəyl məntəqəsində Əlnusrə terror qruplaşmasının bir avtomobilinə qarşı hücumu bu qruplaşmanın Əlcəbə məntəqəsindəki məsul şəxsi Əbu Vədii və "Əlsəqur Əlmuhəmmədiyyə batalyonu"nun başçısı Əbu Fatimənin ölümü ilə nəticələnib.
 
"Əlməyadin" telekanalı xəbər verib ki, Hizbullah qüvvələrinin Livanın şərq sıra dağlarında terrorçuların sığınacağına qarşı hücumu həmçinin "Rəsulməərə" məntəqəsində Əlnusrənin iki başçısının ölümünə səbəb olub. 
 
Livanın şərq sıra dağlarında Cərud Brital və Əltutufəyl məntəqələri ətrafında da Hizbullah döyüşçüləri ilə Əlnusrə terrorçuları arasında şiddətli döyüşlər baş verib. 
 
Həmçnin Hizbullah qüvvələri istiqamətləndirilən raketlərlə Livan-Suriya sərhədində Əlnusrə terror qruplaşmasının ixtiyarında olan məntəqələrdə onun yeddi avtomobilini hədəfə alıblar ki, nəticədə 16 terrorçu ölüb, onlarla terrorçu da yaralanıb.

Google+ WhatsApp ok.ru