Pakistanda məktəbə silahlı hücum edilib, ölənlər var

Pakistanın şimal-qərb hissəsində iki terrorçu-kamikadzenin məktəbə hücum etməsi nəticəsində 2 nəfər ölüb.
 
İnsident Pişəvar şəhəri yaxınlığındakı yaşayış məntəqəsində, futbol yarışması zamanı baş verib.
 
Terrorçu-kamikadzelər futbol meydançasına girərək üzərilərinə bağladıqları partlayıcı maddəni işə salıblar.
 
Qeyd edək ki, ötən il Pişəvarda 140 məktəbli terrorçuların qurbanı olub.

Google+ WhatsApp ok.ru