Livanlı müsəlman alimlər aksiya keçirdi: Ayətullah Nimrin edam edilməsi Ərəbistanda daxili fitnəyə səbəb olacaq

Livanlı müsəlman alimlər etiraz aksiyası keçirərək, Səud rejimi tərəfindən həbsdə saxlanılan şiə dini alim Ayətullah Nimrə Ərəbistan Ali Məhkəməsi tərəfindən edam hökmünün verilməsini pisləyiblər.
 
Maide.az xəbər verir ki, livanlı müsəlman alimlər dünən 26 oktyabr etiraz aksiyası keçirərək bildiriblər: Ərəbistan Apellyasiya Məhkəməsi və Ali Məhkəməsi tərəfindən Şiə dini alim Şeyx Nimrin edam hökmünün qüvvədə saxlanılması bu ölkənin regionda gedən proseslər nəticəsində dalana dirəndiyini göstərir.
 
Bəyanatda vurğulanır: Ayətullah Nimrin edam hökmü siyasi bir hökmdür və qanuna, ədalətə və şəriətə əsaslanaraq verilməyib. Səud rejimi rəhbərliyi İrana təzyiq göstərmək üçün bu amansız hökmü icra etmək niyyətindədir.
 
Livanlı müsəlman alimlər etiraz aksiyasında xəbərdarlıq ediblər: Ərəbistan bu hökmü icra etməzdən əvvəl onun Səud rejiminə qarşı yönələck mənfi nəticələri haqda düşünməli və bilməlidir ki, bir şiə din alimini qətlə yetirmək ölkədə intriqa dalğasını daha da alovlandıracaq.
 
Bəyanatda deyilir: Söz azadlığı və insan hüquqlarıni müdafiə etdiyini iddia edən dövlətlər niyə Ərəbistan rejiminin bu qəddar qərarı qarşısında susublar? Beynəlxalq təşkilatlar və qurumlar nə üçün Ərəbistan rejiminin bölgədə, xüsusilə də Suriyada böhran yaratmaq cəhdlərinə heç bir reaksiya vermirlər?
 
Bəyanatın sonunda qeyd edilir: Şeyx Nimr bir din alimidir. O öz etirazlarını dinc yolla ifadə etmiş və Səud rejiminin ölkədə etirazlara qarşı repressiv davranışı Beynəlxalq Hüququn və insan hüquqlarının aşkar şəkildə pozulması deməkdir. Səudiyyə rəhbərliyi bilməlidir ki, bu hökmü həyata keçirməklə, Ərəbistanda bir vətəndaş müharibəsinin əsasını qoymuş olacaq./

Google+ WhatsApp ok.ru