Rusiyada 4 erməni azərbaycanlını oğurlayaraq qətlə yetirib

Rusiyanın Peterburq şəhərində millətlərarası münaqişə zəminində həyata keçirildiyi ehtimal edilən qətlin üstü açılıb.
 
39 yaşlı Azərbaycan vətəndaşı bu ilin sentyabrında itkin düşüb. Onun itkin düşməsi barədə rusiyalı həyat yoldaşı sentyabrın 15-də məlumat verib. İstintaq komitəsi üç gündən sonra Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi açıb.
 
"Operativnoye prikrıtiye" xəbər agentliyinə məlum olub ki, törədilən cinayətdə şübhəli bilinən milliyyətcə erməni olan dörd nəfər saxlanılıb. Onlardan biri Ermənistan, digərləri isə Rusiya vətəndaşıdır. Onların sentyabrın 14-də yerli vaxtla gecə saat 01:00-da Puşkin şəhərindəki Setevoy küçəsindəki restoranda ani olaraq yaranan münaqişə zamanı azərbaycanlını əl və ayaqları ilə döymələrinin, bundan sonra onu Moskva dövlət nişanlı şəxsi "Volkswagen Touareg" avtomobilinin baqajına qoymalarının üstü açılıb.
 
Onlar döydükləri şəxsi Moskva yolundan iki kilometr məsafədə yerləşən, Tosnen rayonunun Krasnıy bor qəsəbəsi yaxınlığındakı sahəyə aparıblar, burada döş və bel nahiyəsinə 13 zərbə endirməklə onu qətlə yetiriblər. Bundan sonra cinayətkarlar cəsədi basdırıblar, avtomobili isə yandırıblar.
 
İstintaq orqanlarından cəsədin torpaqdan çıxarıldığı bildirilib.
 
Faktla bağlı saxlanılanlardan ikisi nəzarət altına alınıb. İki nəfərdən isə ölkə ərazisindən çıxmamaq barədə yazılı iltizam alıblar.(salamnews)

Google+ WhatsApp ok.ru