Livanı müftisi Şeyx Dəryan: `Radikallar Şeytanın əsgərləridir`

Maide.az xəbər verir ki, Qahirədə keçirilən Terrorçuluq və Radikalizmlə Mübarizə Konfransında danışan Livan müftisi Şeyx Əbdüllətif Dəryanın ekstremist qrupları İslam və xristianlığın ortaq düşməni kimi təsvir edərək belə deyib: "Bu terrorist qruplar bizim cəmiyyətimizə, dinimizə və məzhəbimizə zərbə vurur. Amma bu vəhşiliyin ən dəhşətli ölçüsü törətdikləri cinayətləri sülh və qardaşlıq dini olan İslam adına etdiklərini söyləmələridir".
 
Şeyx Əbdüllətif Dəryanın öz ölkəsində müsəlmanların və xristianların qardaş kimi eyni torpaqlar üzərində yaşadığına, digər inanc və hüquqlara hörmət etdiyinə diqqət çəkərək sözünə belə davam edib: "Şiəsi, sünnisi hamımız "La İlahə İlləllah" bayrağı altında qardaş kimi yaşayırıq. Bizlərin qardaşlıq əlaqələrini kəsmək istəyən ekstremist qruplar, din və iman məfhumlarını təhrif edir. Bu qruplar yanlış və qana susayan bir ideologiyaya sahibdir.
 
Arzum Əl-Əzhər Universiteti təşkilatçılığı ilə keçirilən bu konfransın Şeytanın əsiri olaraq dinimizi və məzhəbimizi  hədəf alan terrorçu qruplara nümayiş etdirəcəyimiz qardaşlıq tablosu ilə ən gözəl cavabı verməkdir".

Google+ WhatsApp ok.ru