Pərviz Müşərrəf: `Əl-Qaidəni Qərb və ABŞ ortaya çıxardı`

Maide.az xəbər verir ki, Pakistanın Kəraçi şəhərində keçirilən Gənclər Parlamentinin iclasında çıxış edən ölkənin eks prezidenti Pərviz Müşərrəf Qərb bloku və ABŞ-ın Sovet İttifaqının Əfqanıstandan çəkilməsindən sonra Pakistanı tək qoyduğunu söyləyib.
 
"Bəziləri Talibanı Pakistanın uşağı adlandırır və onları bizim ortaya çıxardığımızı deyir, ancaq bu doğru deyil", - söyləyən Müşərrəf, Pakistanın Sovet İttifaqının Əfqanıstanı işğalı zamanı Qərb ölkələri tərəfindən maraqları üçün istifadə edildiyini irəli sürüb.
 
Müşərrəf o dövrdə Əfqanıstanda Sovetlərə qarşı vuruşan etnik Peştunlara dəstəyin ölkəsi tərəfindən verildiyini, ancaq bundan peşmançılıq olduğunu söyləyərək, "Əl-Qaidənin ortaya çıxmasından Qərb və ABŞ cavabdehdir. Qərb bloku və ABŞ Sovet İttifaqı Əfqanıstandan çəkildikdən sonra Pakistanı tək qoydu. Daha sonra da Pakistanın Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimini tanıması da bir xəta oldu", - deyib.
 
Qeyd edək ki, 1996-cı ilin sentyabr ayında paytaxt Kabilə daxil olaraq Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban rəhbərliyini təkcə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan tanımışdı.

Google+ WhatsApp ok.ru