Livanın Ərsal limanında partlayışda 5 nəfər həyatını itirib

Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, Suriya sərhəddinə yaxın Livanın Ərsal şəhərinin Qəlmun alimlər heyətinin toplantısının keçirildiyi yerdə partlayış nəticəsində ən azı 5 nəfər ölüb.
 
Maide.az xəbər verir ki, həmin təhlükəsizlik orqanı əməkdaşı deyib ki kamikadze toplantının keçirildiyi yerə daxil olaraq öz partlayıcı kəməri işə salıb ki, hadisə nəticəsində 5 ölü, 6 yaralı var.
 
O bildirib ki partlayışda Qəlmun alimlər heyətinin sədri şeyx Osman Mənsur xəsarət alıb.
 
Ərsal – Livanın sünnülər yaşayan bir bölgəsidir. Burada çoxsayda Suriyalı qaçqınlar və təkfirçi qüvvələr sığınacaq tapıb.
 
Ərsal şəhəri 2014-cü ilin avqustunda Livan təhlükəsizlik qüvvələri ilə Cibhət əl-Nusra və İŞİD terror qruplaşmaları arasında şiddətli döyüşlərin getməsinə şahidlik edib.
 
Təkfirçi qrupların geri çəkilməsi ilə başa çatan toqquşmada çox sayda Livan polisi və hərbçisi terroristlər tərəfindən girov götürülüb və hələ də girov saxlanılırlar.  /
 

Google+ WhatsApp ok.ru