Ərəbistanda şiə ruhaninin ölüm hökmünə qarşı etiraz aksiyası keçirildi

Ərəbistan şiələri ölkənin görkəmli dini xadimi şeyx Nimr Baqer əl-Nimr və bir qrup inqilabçı gənclərə ölüm hökmünün verilməsinə etiraz olaraq mitinq keçiriblər.
 
Maide.az xəbər verir ki, cümə axşamı günü Qətif vilayətində baş tutan bu aksiyada Ərəbistan vətəndaşları çıxarılan hökmləri pisləyiblər.
 
Əl-Əvamiyyə rayon əhalisi də kütləvi etirazlar təşkil ediblər.
 
Aksiya iştirakçıları “Ölüm hökmlərinə qarşıyıq!” şüarları səsləndirərək, Səud rejiminin Ali Məhkəməsinin çıxardığı hökmə öz qəzəb və etirazlarını ifadə ediblər.
 
Mitinqdə, etirazçılar əllərində şeyx Nimrin şəkillərini tutaraq, öna qarşı ölüm hökmünü pisləyərək, dərahl bu hökmü ləğv etməyi tələb ediblər. /
 

Google+ WhatsApp ok.ru