Liviyada atışma 20 ölü , 50 yaralı var

Liviyada Benqazi Şurası ilə Tobruk hökumətinə bağlı olan qüvvələr arasında atışma olub.
Maide.az xəbər verir ki, Əl-Leyzi bölgəsində baş verən atışmada 20 nəıfər ölüb, 50 nəıfər yaralanıb.
Bundan başqa, hərbi kəşfiyyatda polkovnik olan ət-Tahir əl-Vaşş Misrata şəhərində bir məscid yaxınlığında avtomobilinə yerləşdirilən bombanın partladılması nəticəsində ölüb.
Məlumat üçün bildirək ki, Liviyada Qəddafi rejiminə qarşı 17 fevral 2011-ci ildə edilən inqilab həyata keçirilmişdi. Lakin, inqilabdan sonra ölkədə sabitliyi təmin etmək mümkün olmayıb. /
 

Google+ WhatsApp ok.ru