İlkin mətnin yazılışı sabah Vyanada davam etdiriləcək

İranın baş nüvə müzakirəçiləri yekun nüvə razılaşmasının ilkin mətninin yazılışının davam etdirilməsi Vyanada Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini ilə görüşəcəklər.
 
Maide.az-ın məlumatına görə, Seyid Abbas İraqçı və Helqa Şmidt arasında yekun görüş sabah keçiriləcək.  
 
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və Çin nümayəndəsi Vanq Çun bildiriblər ki, Vyana müzakirələrinin bu dövründə altılığın xarici işlər nazirlərinin müavinləri iştirak etməyəcəklər. 
 
Vyana müzakirələrinin bu dövründə İraqçı, Təxt Rəvançı və Şmidt arasında iclaslar keçiriləcək və onlar yekun nüvə razılaşmasının ilkin mətni üzərində işləyəcəklər. 

Google+ WhatsApp ok.ru