Londonda “İmam Xomeyni və qadınların məqamı” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Londonda  İngiltərə İslami Mərkəzinin ofisində “İmam Xomeyni və qadınların məqamı” mövzusunda İmam Xomeyni (rə) adına 19-cu beynəlxalq konfrans keçiriləcək. 
 
Maide.Az xəbər verir ki, konfrans  iyun ayının 4-də  yerli vaxtla saat 8:30 da başlayacaq.  Konfransda  dünyanın müxtəlif ölkələrindən o cümlədən İtalya, Bəhreyn, İran, Pakistan və digər ölkələrdən  elm adamları, din xadimləri və araşdırmaçılar iştirak və çıxış edəcək. 
 
3 iyun (27 şaban) İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının il dönümüdür. İmam Xomeyni  1989-cu il iyunun 3-də vəfat edib.
 
Onun İranda həyata keçirdiyi inqilab, o zamanın mövcud siyasi prosesləri, dünyada siyasi proseslərin inkişaf və hərəkət istiqaməti və müsəlman ölkələrinin o vaxtkı vəziyyətini nəzərə alsaq, demək olar, XX əsrin ən böyük siyasi dəyişikliklərindən biri  hesab olunur.
 
1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvi Xomeyninin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.
 

Google+ WhatsApp ok.ru