Almaniyada sel 3 nəfəri öldürüb

Almaniyanın cənub-qərbində baş verən daşqın nəticəsində azı 3 adam ölüb.
 
Hadisə Bazar ertəsinə keçən gecə Baden-Byurtemberq torpağımnda baş verib.
 
Hakim dairələr azı 3 nəfərin öldüyünü xəbər verir.
 
Baysbax icmasında 60 yaşılı kişi yeraltı qarajda ölü tapılıb.
 
Polisin məlumatına görə sel güclü olduğundan o çıxmağa macal tapa bilməyib.
 
Şvebiş-Gmyund şəhərində isə bir nəfər və onu xilas etməyə çaləşan yanğınsöndürən ölüb.
 
Xilasedicilər bütün gecə boyu sakinləri dağılmış evlərdən evakuasiya ediblər.
 
Küçləri su tamamilə basıb, suyun səviyyəsi metryarımdan çox olub.(azadliq.org)

Google+ WhatsApp ok.ru