Londonda `Çarli Hebdo` etirazında gərginlik

İngiltərənin paytaxtı Londonda minlərlə müsəlman Parisdəki "Çarli Hebdo" jurnalının dərc etdiyi karikaturalara etiraz edib. Eyni anda müsəlmanlara qarşı nümayiş keçirən radikal sağçı qrupla gərgin dəqiqələr yaşanıb.
 
Maide.az xəbər verir ki, Baş nazirin ofisi qarşısında toplaşan minlərlə müsəlman təkbir deyərək, "Peyğəmbəri sevirəm", "Peyğəmbərə uzanan əllər qırılsın", "Peyğəmbərimi təhqir edə bilməzsən", "Çarli və onun təcavüz zavodu" ilə Papa Frensisin "anama söyərsən, yumruğu yeyərsən" sözləri yazılmış plakatlar qaldırıblar. 
 
Müsəlman Aksiya Forumu (Muslim Action Forum) tərəfindən təşkil olunan Qlobal Sivilizasiya Kampaniyası başlıqlı aksiya zamanı toplaşan minlərlə insana qarşı sağ radikallar təxminən 50 nəfərlə çıxaraq, müsəlmanları qarşıdurmaya təhrik ediblər. Baş verən gərginlik geniş təhlükəsizlik tədbiri görən polisin müdaxiləsi ilə azaldılıb və radikallar Baş nazirin ofisi önündən zorla uzaqlaşdırılıblar.

Google+ WhatsApp ok.ru