İsrail rejimi İordan çayının qərb sahilində işğalı genişləndirir

Maide.az xəbər verir ki, İsrail rejimi Fələstinin İordan çayının qərb sahilində yerləşən 3 min 740 hektar ərazisində 4 yəhudi yaşayış məntəqəsinin genişləndirilməsində istifadə üçün öz ərazisi kimi elan etməyə hazırlaşdığı bildirilib.
 
İsrailin aparıcı qəzetlərindən olan "Haaretz"in xəbərində bildirilir ki, ötən il Binyamin Netanyahu hökumətinin göstərişilə Qərb sahilində fəaliyyət göstərən idarə Kedumim, Vered Yericho, Neveh Tzuf və Emanuel yəhudi yaşayış məntəqələri üçün genişləndirmə planı hazırlayıb.
 
Layihənin yəhudi yaşayış yerlərini genişləndirməsi üçün planlaşdırma və xəritələndirməni əhatə edən ilk mərhələ olduğu bildirilir.
 
Qəzetin xəbərinə görə, dövlət ərazisi kimi elan edilən torpaqların 99 faizi yəhudi yaşayış məntəqəsi tikilməsi məqsədilə istifadə edilir.
 
Dünyanın müxtəlif ölkələrindən gətirilərək İsrail rəhbərliyinin işğal siyasəti çərçivəsində Qərb sahilində və Şərqi Qüdsə yerləşdirilən yəhudi mühacirlərin silah daşımaları və fələstinli vətəndaşlara vaxtaşırı sözlə, ya da fiziki olaraq təcavüz etmələri, yerli xalq ilə mühacirlər arasında ziddiyətlərə səbəb olur.

Google+ WhatsApp ok.ru