Londonda avtobusda İslamofobik hücum

Londonda avtobusa minməyə çalışan müsəlman qadın iki nəfərin hücumuna məruz qalıb və avtobusdan aşağı atılıb.
 
Maide.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda ictimai nəqliyyatda islamofobik hallara bir yenisi əlavə olunub. 
 
Şahidlərin sözlərinə görə, hadisə 28 oktyabr günü Londonun "Elephant and Kasl" stansiyası yaxınlığında baş verib. Avtobusa minməyə çalışan 40 yaşlı hicablı qadın başqa iki qadının hücumuna məruz qalıb. Şahidlərin ifadəsinə görə, qadınlar müsəlman qadının başına yumruq vurub və zorla avtobusdan aşağı atıb.
 
Müsəlman qadının yaralandığı və xəstəxanaya aparıldığı bildirilir. Hücum edən qadınlar barəsində hər hansı bir açıqlama verilmir. 

Google+ WhatsApp ok.ru