M.Sədr: “ABŞ-ın səfirliyini Qüdsə köçürməsi İslam əleyhinə müharibə elan etməkdir”

M.Sədr: “ABŞ-ın səfirliyini Qüdsə köçürməsi İslam əleyhinə müharibə elan etməkdir”

"Sədr" hərəkatının lideri Müqtəda Sədr ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürməsini sərt tənqid edib və onu İslam əleyhinə müharibə elan etmək kimi dəyərləndirib. 
 
Maide.Az xəbər verir ki, M.Sədr ABŞ prezidenti Donald Trumpın “Qüdsü işğalçı İsrail rejiminin paytaxtı kimi rəsmiyyətə tanıyacağına” dair dediyi sözlərə münasibət bildirib və Beytül-Müqəddəsin azadlığı üçün xüsusi briqadanının yaradılmasını və ABŞ-ın Bağdaddakı səfirliyinin bağlanmasını tələb edib. 
 
M.Sədr deyib ki, Ərəb Birliyi ya istefa verməlidir, ya da ki, bu cür aşkar təcavüzün qarşısında ciddi və qətiyyətli addım atmalıdır.   
 
İraqın “Sədr” hərəkatının lideri, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən istəyib ki, təcavüzlərin qarşısında göstərici olaraq deyil, ciddi şəkildə müqavimət göstərsin. “İslam ölkələri İsrail və ABŞ səfirliklərini bağlasın və onların təzyiqləri altında geri çəkilməsin".
 
M.Sədr əlavə edib ki, biz onlar bizimlə dinc davranarlarsa, sülhün tərəfdarıyıq, əgər belə olmazsa bütün qapıları onların üzünü bağlayacayıq. 

Google+ WhatsApp ok.ru