`Məhəmməd Ordusu`nun lideri 18 il sonra azadlığa çıxdı

Pakistanın tanınmış şiə alimlərindən olan və "Məhəmməd ordusu" adlı müqavimət təşkilatının da lideri Əllamə Qulamrza Nəqəvi 18 il boyunca günahsız yerə yatdığı Pəncab vilayətindəki həbsxanadan azad edilib.
 
Maide.az xəbər verir ki, Məhəmməd Ordusu ötən əsrin 90-cı illərində təkfirçi terror təşkilatlarının Pakistandakı şiələrin qətliamını davam etdirməsindən sonra şiələri müdafiə üçün yaradılmış siyasi və müqavimət yönlü təşkilatdır.
 
18 il günahsız yerə həbsdə yatan məşhur alim Əllamə Nəqəvi azad edildikdən sonra verdiyi açıqlamada bunları söyləyib: "Şiə olmaq günahından 18 il həbsxanada yatdıqdan sonra evimə dönmək, mənə təşkilatımızı qorumaq üçün daha böyük güc verdi. Əgər şiə olmaq günahdırsa, ehtimalla bu günahımı etiraf edəcəyəm. Mən bunun üçün yaradılmışım və son nəfəsimə qədər bunu müdafiə edəcəyəm."
 
Əllamə Seyid Nəqəvi açıqlamasında Pakistanda şiələr və sünnilər arasında baş verən qarşıdurmaların köklərinin çöldə olduğunu söyləyib.
 
Nəqəvi Qərb ölkələrinin müsəlmanlar arasında ayrılıq və nifaq salması üçün Pakistandakı təkfirçi terror təşkilatlarına maliyyə yardımı etdiyini də vurğulayıb. 

Google+ WhatsApp ok.ru