Türkiyədə ABŞ əsgərlərini təhiqr etdilər

Türkiyə Gənclik Birliyi üzvləri NATO təlimindən dönən və 4 gündür İstanbulda gözləyən ABŞ-ın hərbi donanma əsgərlərinin başına torba keçiriblər.
 
Maide.az xəbər verir ki, səhər saatlarında gerçəkləşən olayda 3 amerikalı əsgər türk tələbələrin hədəfinə tuş gəlib. Əsgərlərin başına torba keçirənlər sonra onların üstünə qırmızı boya atıblar.
 
Tələbələrin bu hərəkətinə ətrafdakı vətəndaşlar da dəstək verib.
 
Qeyd edək ki, bir neçə il öncə ABŞ əsgərləri İraqda türk hərbçilərin başına torba keçirmişdilər.

Google+ WhatsApp ok.ru