Mərkəzi Afrika müsəlmanlarına qarşı etnik təmizləmə

BMT-nin Araşdırma Komissiyası yeni hesabat yayıb. Maide.az xəbər verir ki, hesabatda Mərkəzi Afrika Respublikasında müsəlmanlara qarşı etnik təmizləmə həyata keçirilməsi faktlarla təsdiqlənib.
 
Yayımlanan bu hesabatda eyni zamanda vurğulanıb ki, komissiya Mərkəzi Afrika Respublikasında soyqırımın törədilməsinə dair faktlar da əldə edib.
 
Mərkəzi Afrika Respublikasında ötən bir neçə ayda misli görünməmiş firqə toqquşmaları zamanı minlərlə insan həlak olub.
 
3 nəfərlik Araşdırma Komissiyası Mərkəzi Afrika Respublikasında toqquşmanın hər iki tərəfi, yəni müsəlmanlar və xristianları bəşəriyyətə qarşı və müharibə cinayətləri törətməkdə suçlayıb.
 
Bu komissiya həmçinin anti-Balaka xristian yaraqlılarını müsəlmanlara qarşı etnik təmizləmədə ittiham edib.
 
Mərkəzi Afrika Respublikasında son bir neçə ay ərzində minlərlə müsəlman bu ölkədən qaçıb. 

Google+ WhatsApp ok.ru