İran və Venesuela iki tərəfli əlaqələri inkişaf etdirir

Venesuela prezidenti Nikolas Madura Tehranda Həsən Ruhani ilə görüşüb. 
 
Maide.az-ın Mehr agentliyinə istinadla verdiyi xəbərə görə, Venesuela prezidentinin rəsmi qarşılanmasından sonra prezidentlərin iki tərəfli görüşü başlayıb.  Onlar daha sonra Tehranda müştərək mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.
Bir günlük səfər zamanı iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələr müzakirə olunacaq. 
Qeyd edək ki, Venesuela İranın latın Amerikasında daha çox streteji əməkdaşlıq etdiyi ölkədir. Venesuela Qərbin İran əleyhinə sanksiyaları zamanı rəsmi Tehranı ən çox dəstəkləyən ölkələrədn hesab olunur. /

Google+ WhatsApp ok.ru