Məşhur “qanuni oğru” həbs edildi - VİDEO

Moskva polisinin restoranlardan birində əməliyatı zamanı məşhur çeçen “qanuni oğru” saxlanılıb.
 
Maide.az-ın ANS-ə istinadən məlumatına görə, Qroznı sakini İslam İldirqirev cinayət aləmində İslam Bolşoy ləqəbi ilə məşhurdur.
 
“Qanuni oğru” İslam Bolşoy polis tərəfindən uzun müddət axtarışda olub. Hüquq-mühafizə orqanları çoxdan izlədiyi “qanuni oğrun”u həbs etməkdə çətinlik çəkirdi.
 
Paytaxt polisi İslam Bolşoyu cinayət başında yaxalayıb. Oğrunun üzərində üç qramlıq paketdə heroin aşkar edilib.
 
“İslam İldirqirevi SOBR xüsusi təyinatlıların əməkdaşları Lomonosov prospektində restoranlardan birində saxlayıb” – deyə paytaxt polisinin açıqlamasında bildirilir
 
39 yaşlı İslam Bolşoya qarşı narkotik vasitələrin qanunsuz saxlanması üzrə cinayət işi qaldırılıb.

Google+ WhatsApp ok.ru