Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib

Maide.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Tovuz rayonun Düz Qırıqlı kəndindən keçən hissəsində yol-nəqliyyat qəzası qeydə alınıb.
 
“Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” markalı maşının  sürücüsü, Tovuz rayonunun Qovlar şəhər sakini, 1987-ci il təvəllüdlü Yaşar Ələddin oğlu Cabbarov və hər iki avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Niyaməddin İbrahimov, 1993-cü il təvəllüdlü İradə Cabbarlı, 1963-cü il təvəllüdlü Gülxanım Fərzəliyeva, 1983-cü il təvəllüdlü Ayşə Cabbarova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Onlardan Yaşar Cabbarovun vəziyyəti ağır olduğuna görə Gəncə şəhərində olan xəstəxanaların birinə aparılıb.
 
İlkin araşdırmaya “Mercedes” markalı avtomobil “VAZ 2107”-nin qarşısına çıxıb. Faktla bağlı Baş Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru