Məhəmməd Cavad Zərif Türkiyə prezidenti Ərdoğana cavab verdi

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif  Türkiyə prezidenti Rəcəb Tayıb Ərdoğanın İranla bağlı son açıqlamasına cavab verib."Strateji səhvlər və ehtiraslı siyasətlə bölgədə xoşagəlməz ziyanlara səbəb olanlar məsuliyyətli olaraq imkanlarını sülh və əmin-amanlığın təmin edilməsində mövcud potensiallardan istifadə etməlidir."-deyə Zərif deyib.
 
Maide.az xəbər verir ki, M.C.Zərif deyib ki,  İran Türkiyə ilə müxtəlif sahələrdə öz strateji münasibətlərinə əhəmiyyət verir və çox hörmətlə yanaşır və hazırkı şəraitdə bütün ölkələr regionda sabitliyin bərqərar olması və hərc-mərcliyin genişlənməsinin qarşısının alınması istiqamətində çalışmalıdırlar.  
O deyib ki, İran İslam Respublikası regionda bütün qardaşlarının iştirakı ilə birlik, stabillik və təhlükəsizliyin Yəmənə qayıtması istiqamətində müxtəlif yəmənli qruplar arasında dialoqun baş tutmasına hazırdır. 
Suriyada terrorçuların və İŞİD terror qruplaşmasının əsas himayədarlarından olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan France 24 kanalı ilə eksklüziv müsahibədə iddia edib ki, İran regionda gərginlik yaradır və geri çəkilməlidir. 
Ərdoğan əlavə edib: Ankara Ərəbistanın Yəməndə hərbi əməliyyatına lojistik köməyin göndərilməsini araşdırır./

Google+ WhatsApp ok.ru