İraq baş naziri Tiqritə gəlib, geri çəkilmə xəbərləri yalan çıxdı - FOTO

Maide.az xəbər verir ki, İraq baş naziri və İraq Silahlı Qüvvələrin Baş Komandanı Heydər Əl-İbadi Tiqrit əməliyyatını yerində araşdırmaq üçün bölgəyə gedib.
 
 İraq baş naziri Heydər Əl-İbadi İraq ordu hissələri və könüllü xalq komitələrinin İŞİD-ə qarşı aparılan müharibədə birgə olduqlarını vurğulayaraq Tiqrit əməliyyatının başa çatma ərəfəsində olduğunu söyləyib.
 
O, əməliyyatın əvvəlcədən planlaşdırdığı kimi, çox yaxşı şəkildə irəlilədiyini açıqlayıb.
 
İraq televiziyası könüllülərin sözçüsünə istinad etdiyi xəbərində Tiqritdən geri çəkildikləri yönündəki xəbərlərin yalan olduğunu, bütün silahlı qüvvələrin mövqelərində hazır olduqlarını və getdikcə İŞİD-in mühasirəsinin daraldıldığını bildirib.
 
Xatırladaq ki, Loyd Ostanes Amerika Ordusu Mərkəz Komandanlığından cümə günü verilən açıqlamada Könüllü Xalq Dəstələrinin Tiqritdən çəkildiyi məlumatı yayılmışdı. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru