Məhəmməd Mursi 20 il müddətinə azadlıqdan məhrum edilib 21 Aprel 2015 01:00 Dünya Misirin keçmiş prezidenti Məhəmməd Mursi 20 il müddətinə azadlıqdan məhrum edilib. M. Mursi 2012-ci ilin sonlarında prezident sarayının qarşısında keçirilən kütləvi aksiya zamanı nümayişçilərin öldürülməsində günahkar sayılıb. Həmin vaxt azı 10 nəfər ölüb. M. Mursi ilə birlikdə “Müsəlman qardaşları”nın daha 12 lideri və fəal tərəfdarı da cəza alıb. Onlar da 20 il müddətinə azadlıqdan məhrum ediliblər. “Müsəlman qardaşları” hərəkatı xalqı küçələrə çıxmağa və sabiq prezidentə dəstək verməyə çağırıb. Qeyd edək ki, M. Mursi 2012-ci ildə Misir tarixində ilk dəfə olaraq demokratik yolla prezident seçilib. Lakin o, 1 ildən bir qədər çox hakimiyyətdə qala bilib. 2013-cü ilin yayında ölkədə hərbi çevriliş baş verib. Çevrilişdən sonra M. Mursi və “Müsəlman qardaşları”nın bir çox lideri həbs edilib. Onların cinayət işləri üzrə çıxarılmış ölüm hökmləri artıq icra olunmağa başlayıb. Teqlər : #Məhəmməd Mursi 20 il müddətinə azadlıqdan məhrum edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hövsanın `Zeytun bağları”na iki şirkət qənim kəsilib - REPORTAJ, FOTOLAR Türkiyədə ələvilərə böyük hörmətsizlik
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO