Türkiyədə ələvilərə böyük hörmətsizlik

Türkiyədə yaşayan ələvi təbəqəyə qarşı atılan böhtanlar və buraxılan səhvlərə biri də əlavə olunub.
 
Maide.az xəbər verir ki, Qaziantepdə 7-ci siniflərə keçirilən sınaq imtahanında Din Mədəniyyəti və Əxlaq Bilgisi testində ələviliklə bağlı bir sual da yer alıb. "Ələvilik və Bektaşiliyin əsaslandığı xarakterik xüsusiyyətlər sırasında hansıları var", - deyə verilən sualda, doğru cavab olaraq "Həzrəti Əli sevgisi", "On iki İmam sevgisi" maddələri göstərilərkən, "Quran sevgisi" və "təbiət sevgisi" səhv cavablar arasında yer alıb.
 
Anadolu Ələvi Bektaşi Federasiyasının prezidenti Çingiz Hortoğlu isə sualın cavabının yanlış olduğunu, ələvilərin Quranın əmrlərinə tabe olduğunu, bu cür yanaşmaların cəmiyyətdəki qərəzləri dərinləşdirəcəyini qeyd edərək belə deyib: "Bu sualın cavabındakı birbaşa olaraq "ələvi Quran sevgisindən uzaqdır" kimi təqdim edir. Halbuki keçirdiyimiz bütün ibadətlərin hər bir ritualını Qurandakı ayələrə əsaslandırırıq. Quran bizim üçün Allah kəlamıdır və biz Quranın əmrlərinə tabe olan insanlarıq".

Google+ WhatsApp ok.ru