Məscidi Əqsaya girişdə yaş məhdudiyyəti

Fələstinlilərin Məscidi Əqsaya kütləvi ziyarət çağırışından sonra İsrail rejiminin polis qüvvələri Şərqi Qüdsdə Ramazan ayı boyunca cümə günləri təhlükəsizlik tədbirlərini artıracağı bildirilib.
 
Maide.az xəbər verir ki, polis radiosundan səsləndirilən açıqlamada  Məscidi Əqsaya girişlərdə 40 yaşdan aşağı kişilərə icazə verilməyəcəyi deyilir. Qadınlar üçün yaş məhdudlaşdırması olmayacaq. 
 
Qeyd edək ki, İslami Hərəkat tərəfindən 10 iyunda verilən açıqlamada Ramazan ayı boyunca Məscidi Əqsaya kütləvi ziyarət çağırışı edilmişdi.

Google+ WhatsApp ok.ru