Məkkədə həcc mərasimində 1.5 milyon zəvvarın iştirakı gözlənilir

Bu il həcc mərasiminə ümumilikdə 1 milyon 500 mindən çox zəvvar qatılacaq. Yerli zəvvarların sayı isə 185 minə çatacaq.
Zəvvarlar sentyabrın 20-dən etibarən Məkkə və Mədinəyə gəlməyə başlayacaq.
Qeyd edək ki, ötən il həcc ziyarətində iştirak edən zəvvarların sayı iki milyonu keçmişdi.
Bu il Həcc ziyarətinə Azərbaycandan 2500 nəfərin getməsi gözlənilir. Qafqaz müsəlmanları İdarəsi bir neçə dəfə media vasitəsi ilə kvota yerlərinin dolmadığını elan edib. Bu Azərbaycanda ilk belə haldır ki, Həcc səfərinə qısa bir müddət qalmış yerlər dolmayıb. Buna səbəb qiymətlərin həddən artıq yüksək olmasıdır. Qiymətlər 4750 və 5750 dollardır. 4750 dollar ödəyənlər otellərdə 6 nəfərlik, 5750 dollar ödəyənlər isə 4 nəfərlik otaqlarda qalacaqlar.

Google+ WhatsApp ok.ru