İran: Tehranda ABŞ səfirliyinin açılacağını gözləmək hələ tezdir

Reuters agentliyinin məlumatına görə Britaniyanın 4 illik fasilədən sonra Tehrandakı səfirliyinin təkrar açıldığı gün bəyanat verən İran xarici işlər naziri deyib ki, ABŞ səfirliyinin də açılacağını gözləmək üçün hələ tezdir.

Bazar günü Britaniyanın xarici işlər naziri Philip Hammond öz ölkəsinin Tehrandakı səfirliyinin təkrar açılışında iştirak edib.
 
İranın xarici işlər naziri Mohammad Javad Zarif “Tehran indi artıq ABŞ səfirliyinin də bərpasına hazırdırmı” sualına cavab olaraq deyib ki, Birləşmiş Ştatların İrana “məntiqsiz münasibəti” Vaşinqtonun da eyni addımı atmağa hazır olmadığını göstərir.
 
“Görünür belə münasibətlərdə və davranışlarda ABŞ tərəfindən dəyişikliyə ehtiyac var. Odur ki, ABŞ məsələsi fərqlidir” – deyib nazir.

Google+ WhatsApp ok.ru