Məşhur futbolçu Maşallah Əhmədov həbs edildi 15 Dekabr 2015 02:00 Hadisə Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb. "Bizim yol”un məlumatına görə, veteran futbolçu Binəqədi polisi tərəfindən həbs edilib. Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur. Xatırladaq ki, Maşallah Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır. Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Vaqif Aslanov apasport.az saytına xəbəri təsdiqləyib. / Teqlər : #Məşhur futbolçu Maşallah Əhmədov həbs edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Arvadını ürəyindən vurub özünü 16-cı mərtəbədən atdı Dəniz kənarında intihara daha bir cəhd