Dəniz kənarında intihara daha bir cəhd

Bakıda özünü dənizə ataraq intihar etmək istəyən şəxs xilas edilib.
 
Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Google+ WhatsApp ok.ru