Məscidi yandırmaq istədi, lakin...

Norveçdə məscidin yanmasının qarşısı alınıb.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, islamafob fikirli bir qadın məscidin həyətinə gələrək, ibadətgahın xadimlərinə ayaqyyoluna ehtiyac duyduğunu bildirib. Ayaqyoluna daxil olan qadın oradan kağızları topalayıb və bu topa kağızla məscidi yandırmaq istəyib. Xoşbəxtlikdən məscididə olan insanlar bunu görərək, dərhal hadisəyə müdaxilə edib, yanğının qarşısını alıblar.
 
Baş vermiş hadisəyə baxmayaraq, Osla şəhərində yerləşən bu məscid yenədə öz fəaliyyətini davam etdirir. Lakin təhlükəsizlik tədbirləri genişləndirilib. /

Google+ WhatsApp ok.ru