Məktəblilərin İslami təhsil mövzusu Moskvada müzakirə olunacaq

Moskvada ilk beynəlxalq elmi-praktiki "Məktəbəqədər və məktəbdə İslam" adlı təhsil konfransı keçiriləcək.
 
Maide.Az xəbər verir ki, iyun  ayının ikisində keçiriləcək konfransın məqsədi - təhsil ictimaiyyətinin nümayəndələri arasında dialoq üçün platforma yaratmaq və məktəbəqədər və məktəbdə İslam təhsilini müzakirəsini etməkdən ibarət olacaq.
 
Müzakirələrdə müəllimlər, psixoloqlar, idarəçilər və məktəbəqədər və İslam təhsil məktəbinin problemləri ilə maraqlı digər mütəxəssislər iştirak edə bilərlər. 
 
Qeyd edək ki, təşkil olunan konfransda iştirak edə bilməyənlər üçün, konfrans onlayn yayımlanacaq. /

Google+ WhatsApp ok.ru