Əli Laricani yenidən İran parlamentinin spikeri seçilib

İranın yeni seçilmiş 10-cu çağırış parlamentinin bu gün keçirilən iclasında qanunvericilər Əli Laricanini yenidən spiker seçiblər. 
Maide.Az xəbər verir ki, İran məclisinin səkkizinci və doqquzuncu çağırışına da sədrlik edən Əli Laricani 276 mümkün səsdən 237 qanunvericinin səsini qazanıb. Onun rəqibi Mustafa Kəvakibiyan  isə 11 səs verilib. 
 
Bundan başqa, Təbrizli nümayəndə  Məsud Pezeşkiyan parlament spikerinin birinci müvini və Tehrandan olan nümayəndə Əli Mütəhəri isə  ikinci müavinləri də seçilib.
 

Google+ WhatsApp ok.ru