Məktəbəhazırlıq qrupunda uşaqların sayının 30-dan artıq olması qadağan edilib 16 İyul 2016 01:00 Ölkə Azərbaycan Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib. Maide.Az bildirir ki, "Report" Nazirlər Kabinetinin məlumatına istinadən xəbər verir ki, dəyişikliyə əsasən, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılacaq. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul ediləcəklər. Məktəbəhazırlıq qruplarında qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq müəyyən edilib. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilməyəcək. Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılacaq. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayacaq və mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə-1 oktyabr - 26 yanvar, 1 fevral - 31 may-bölünür. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və 5 gün əlavə tətil (1-5 may) müəyyən olunub. Bundan başqa, dərs məşğələsinin müddəti hazırlıq siniflərində 35 dəqiqə müəyyən edilib. Teqlər : #Məktəbəhazırlıq qrupunda uşaqların sayının 30dan artıq olması qadağan edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: `Ölkə idarəçiliyi tamamilə ələ alınmışdır` Bu il qəbul olanların 71 faizi öz vəsaiti hesabına oxuyacaq