Məkkə və Mədinədəki müqəddəs məkanların təhlükəsizliyini Pakistan ordusu təmin edəcək

Məkkə və Mədinədəki müqəddəs məkanların təhlükəsizliyini Pakistan ordusu təmin edəcək

Səudiyyə Ərəbistan və Pakistan arasında əldə olunan razılığa görə, Məkkə və Mədinədə Hərəmeyn Şərifeynin təhlükəsizliyinin təmini Pakistan ordusuna həvalə olunub.
 
Maide.Az Pakistanın Xeybər qəzetinə istinadən xəbər verir ki, bununla bağlı razılıq Pakistan Silahlı Qüvvələrinin komandanı Rahil Şərifin Səudiyyə Ərəbistana son səfərində əldə olunub. 
Qəzetin yazdığına görə, artıq Ərəbistanda müqəddəs məkanların təhlükəsizliyini təmin etmək üçün ilk Pakistanlı hərbiçilər Səudiyyəyə göndərilib. Digər qruplarda mərhələli formada göndəriləcək.
 
Səudiyyə Ərəbistan və Pakistan arasında əldə olunan razılığa görə müqəddəs məkanların içərisinin təhlükəsizliyini ərəbistanlı, çölünü isə pakistanlı qüvvələr təmin edəcək.
 
 

Google+ WhatsApp ok.ru