Kəşmirdə gərginlik;  40-dan çox insan həlak olub

Kəşmirdə gərginlik; 40-dan çox insan həlak olub

Hindistanın Kəşmir bölgəsində yaşan əhalinin 90 faizini müsəlmanlar təşkil edir.  Burada həm sünni və həmdə şiələrlər məskunlaşıb. Son günlər bölgədə gərginlik artıb və xeyli sayda insan həyatını itirib və ya yaralanıb. 
 
Maide.Az xəbər verir ki, ötən həftənin şənbə günündən Kəşmirdə təhlükəsizlik qüvvələri və etirazçılar arasında baş vermiş gərginlik nəticəsində indiyədək 42 nəfərdən çox insan həlak olub və 1000-dən çox insan yaralanıb. Gərginlik artdıqdan sonra rəsmi Hindistan gərginliyə nəzarəti ələ almaq məqsədi ilə bütün qəzet və jurnalların fəaliyyətini qadağan elan edib.  İnformasiyanın çatdırılmasını əngəlləmək məqsədi ilə bu əyalətdə internet və telefonlarda kəsilib. Kəşmirdə komendant saatı tətbiq olunub. 
 
Kəşmir Hindistan və Pakistan arasında yerləşir və bu iki ölkənin fikir ayrılıqları və yürütdüyü siyasətlərin qurbanına çevrilib.  Pakistan Hindistandan ayrılan dövrdən əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən  Camo-Kəşmir bölgəsi ilə bağlı Pakistan və Hindistan arasında  söz-söhbətlər başlayıb. 
 
Bu iki ölkə dəfələrlə Kəşmir bölgəsinə dair sülh danışıqları keçirəcəklərini bəyan etsələrdə, görünən odur ki, Hindistan  müzakirələrə maraq göstərmir. 
 
Kəşmirin əhalisinin 90 faizi müsəlmanlardır. (70 faiz sünni və 20 faiz şiə) və qalanı digər din mənsublarıdırlar. Kəşmirdə geniş miqyaslı etirazlar Hüzbul-Mücahid qrupunun  22 yaşlı rəhbəri  Borhan Vaninin  təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldürülməsi və dəfnindən sonra başlayıb. 
 
Təhlükəsizlik qüvvələri B.Vaninin Anantag bölgəsində cümə namazında iştirak edəcəyini bilib, orada onu və yanında olan iki nəfəri öldürüblər.  Borhan Vani 14 yaşından Kəşmirdə azadlıq uğrunda mübarizəyə başlayıb və getdikcə sevilməyə başlayıb. Ölümündən sonra isə onun  tərəfdarlarının sayı daha da çoxalıb. 
 
Hazırda etiraz aksiyalarında həm şiə və həm sünnilər iştirak edirlər. Onlar  Kəşmirin müstəqilliyini tələb edirlər. Ötən gün Kəşmirin tanınmış 3 partiyası 20 iyul tarixini "qara gün" adlandırıblar və əhalidən istəyiblər ki, 3 gün (cümə gününə kimi) müddətinə Hindistan təhlükəsizlik qüvvələrinin törətdiyi cinayətlərə etiraz əlaməti olaraq  tətil etsinlər.
 
 

Google+ WhatsApp ok.ru