Məhəmməd Talıblı: “Ölkədən getmək üçün xarici şirkətlərin yarışı başlayacaq”

Məhəmməd Talıblı: “Ölkədən getmək üçün xarici şirkətlərin yarışı başlayacaq”

Azərbaycanda daha 6 xarici şirkətin filialı və nümayəndəliyi ləğv olunur. Bu şirkətlər Türkiyə, BƏƏ, Hollandiya, Qazaxıstan və Rusiyaya aid olub. Ölkəyə xarici investorların cəlb edilməsinin zəruri olduğu bir vaxtda bu şirkətlərin ölkəni tərk etməsi heç də arzu edilən bir hal deyil.
 
İqtisadçı ekspert Məhəmməd Talıblı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, monarxiya sisteminə keçid Azərbaycan ilə iqtisadi münasibətləri olan ölkələri xeyli çəkindirən faktora çevrilir: “Bu gün söhbət ölkədə biznes mühitindən, investisiya şəraitinin pisliyindən getmir. Ölkədki siyasi vektorun tamamilə fərqli bir istiqamət alması fərqli yanaşmalara səbəb olub. Əslində monarxiya sisteminə keçid Azərbaycan ilə iqtisadi münasibətləri olan ölkələri xeyli çəkindirən faktora çevrilir. Belə bir durmda şübhəsiz ki, investorlar bəzi təhlükələri nəzərə alaraq ölkədən getməyə meyl edirlər. Çünki, investorların hüquqlarının müdafiə edilməməsi, eyni zamanda məhkəmə sistemində ədalətli qərarların olmaması investorları qəti qərarlar almağa sövq edir. Ölkədə 3-cü devalvasiya təhlükəsi və devalvasiyadan sonra insanların alıcılıq qabliyyətlərinin daha da aşağı düşməsi ehtimalı bu şirkətlərin bazarlarla təmasını minimuma endirir. İnvestorlar maraqlıdır ki, orta əmək haqqı, yaşayış minimumu yüksək olsun. Nəticədə yüksək əmək haqqı fonunda istehlakçılar mal və xidmətləri daha çox ala bilsin və nəticədə investorlar daha çox məhsul istehsal etsinlər. Amma biz indiki halda bunun tamamilə əksini görürük. İnsanların alıcılıq qabliyyəti azalır, inflyasiya təzyiqləri artır. Bu durumda hökumətin maliyyə axını kanalları da daralır. Bu baxımdan da investorların ölkəni tərk etməsi anlaşılandır. Əslində hər şeyin bununla kifayətlənəcəyini də düşünmürəm. Hesab edirəm ki, daha ciddi transmilli korporasiyaların ölkəni tərk etməsi baş verəcək. Kiçik-orta sahibkarlıq subyektləri bazardan xeyli uzaq duracaq. Eyni zamanda Azərbaycan bazarına investisiya qoyanların sayı xeyli azalacaq. Düşünürəm ki, yaxın gələcəkdə ölkə iqtisadiyyatından getmək üçün bir yarış başlayacaq. Çünki, ölkədəki iqtisadi və siyasi şərait yaxın dövr üçün ürəkaçan olmayacaq”.

Google+ WhatsApp ok.ru