Mərkəzi Afrikada qanlı döyüşlər: 85 ölü

Mərkəzi Afrikada qanlı döyüşlər: 85 ölü

Mərkəzi Afrika Respublikasının kommunikasiya naziri bildirib ki, düşmənçilik edən silahlı qruplaşmalar arasında toqquşma zamanı ən azı 85 nəfər öldürülüb.
 
Faktxəbər-in məlumatına görə bu barədə yerli KİV-lər yazıb.
 
Məlumatda bildirilir ki, döyüşlər ötən həftə Banqanın şimalında yerləşən Brima şəhərində başlayıb.
 
Həmçinin məlumatda qeyd edilir ki, hazırda atışmalar bir qədər azalıb.
 
Qeyd edək ki, Mərkəzi Afrikada münaqişə 2013-ci ildə baş verib. O zaman ölkənin  müsəlman vətəndaşları xristian prezidentini devirib. Xristian hüquq-mühafizə orqanları da öz növbəsində ölkənin dinc müsəlman sakinlərinə qarşı hərbi əməliyyatlar keçirib.  /
 

Google+ WhatsApp ok.ru