Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt ləğv ediləcək? 28 Noyabr 2016 02:00 Dünya Türkiyədə elan olunan fövqəladə vəziyyət rejiminin ləğv ediləcəyi ilkin tarix məlum olub. Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri Binəli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumdan öncə fövqəladə vəziyyət rejiminin aradan qaldırılacağını bildirib. Türkiyə Konstitusiyasına dəyişikliklər üzrə referendumun ilkin vaxtı bilindi Baş nazir qeyd edib: "15 iyul dövlət çevrilişinə cəhddən sonra 21 iyulda elan olunan, 19 noyabrda isə 90 gün müddətinə uzadılan fövqəladə vəziyyət rejimi referendumdan əvvəl aradan qaldırılacaq. Kiminsə "Fövqəladə vəziyyət rejimi altında referendum keçirildi" deməsinə şərait yaratmayacağıq. Bu səbəbdən də fövqəladə vəziyyət rejiminin referendum öncəsi ləğv ediləcəyini düşünürəm". / Teqlər : #Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt ləğv ediləcək?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstanın yeni hökuməti fəaliyyətə başlayıb Mərkəzi Afrikada qanlı döyüşlər: 85 ölü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO