Məhəmməd Cavad Zərif: `Səddama kimyəvi silah verənlər bu gün Suriyanı ittiham edirlər`

Məhəmməd Cavad Zərif: `Səddama kimyəvi silah verənlər bu gün Suriyanı ittiham edirlər`

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 14-də Moskvada Suriya və Rusiya xarici işlər nazirləri Sergey Lavrov və Vəlid Muallim ilə birgə keçirdiyi mətbuat konfransında, Səddama kimyəvi silah verənlərin bu gün Suriyanı kimyəvi silah istifadə etməkdə ittiham etdiklərini bildirib.
 
Zərif hər üç nazirin Suriyada kimyəvi silah istifadə etməsi iddiasının müstəqil komitə tərəfindən araşdırılmasını istədiyini qeyd edib: "Onlar Səddama kimyəvi silah verirdilər və İran keçmiş illərdəki yeganə kimyəvi silah qurbanı olan ölkə kimi, Xan Şeyxun məsələsinin araşdırılmasını istədi, amma ABŞ birtərəfli hərəkət edərək Suriyaya hücum etdi. ABŞ hücumu ilə məqsədlərinin bu məsələni sui-istifadə etmək olduğunu göstərdi.
 
Xan Şeyxun hadisənin necə baş verdiyi aydınlaşdırılmalıdır. Biz bu məsələnin aydın bir şəkildə araşdırılmasını istəyirik və Suriya hökumətinin bu məsələnin araşdırılmasını qəbul etməsi məmnunvericidir". (deyerler) /

Google+ WhatsApp ok.ru