Məkkədə beynəlxalq Həcc seminarı keçiriləcək

Məkkədə beynəlxalq Həcc seminarı keçiriləcək

Müqəddəs Məkkə şəhərində İslam dünyasının və müsəlmanların din alimləri, dini ekspertləri və elm və bilik adamlarının iştirakı ilə beynəxalq HƏCC seminarı keçiriləcəkdir.
 
Maide.Az xəbər verir ki, bütün dünya müsəlmanlarının qibləgahının yerləşdiyi Məkkə şəhərində İslam dünyasının və müsəlmanların din alimləri, dini ekspertləri və elm və bilik adamlarının iştirakı ilə beynəxalq Həcc seminarı keçiriləcəkdir.
 
"Həcc; Sülhün tirbunası" adı ilə 2017-ci ilin avqust ayının 26 və 27-də Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin təşəbbüsü ilə keçiriləcək bu beynəlxalq seminarda, İslam dünyasının elm və bilik adamları, din alimləri, müxtəlif sahələr üzrə ekspertlər və mütəfəkkirlər iştirak edəcək.
 
Həftənin şənbə və bazar günləri keçiriləcək bu seminarda "İslam sülh dini", Həcc; öyrətmək və öyrənmək üçün füsrət", "Həcc hökmlərinin fiqhi zənginliyi və bu hökmlərin dünyada sülhün yaranmasında təsiri", "Həccin hökmlərində sülh barədə əxlaqi dəyərlər" və "Həccdə insanlar, heyvanlar, bitkilər və ətraf mühitin qorunması barədə sülhə dəvət edən qanunları" kimi mövzular müzakirə ediləcəkdir.
 
Bundan əlavə seminarda "Həzrət Məhəmməd (s) peyğəmbərin "Vida Həcci"ndə söylədiyi xütbədə cəmiyyət və ailə üçün sülh yaradan təlimlər və ibrətlər", "müqəddəs məşərin genişləndirilməsi layihəsi" və "medianın hacılara daha yaxşı xidmət göstərməkdə rolu" kimi mövzularda müzakirə obyekti olacaqdır. (iqna)/

Google+ WhatsApp ok.ru