Məkkədə İranlı zəvvarların karvan başçısına hücum olunub

Məkkədə İranlı zəvvarların karvan başçısına hücum olunub

Məkkədə naməlum şəxslər  İranlı zəvvarların karvan başçısı ruhani Hüseyn İsmailiyə hücum edib, onu yaralayıb. 
 
Maide.Az “İqna” saytına istinadən xəbər verir ki,  İsfahan əyalətindən olan zəvvarların karvan başçısı H.İsmaili hotelə gedərkən naməlum şəxslər ona hücum edərək onu yaralayıb və motorsikletə minərək hadisə yerindən qaçıb. 
 
Yaralanan iranlı ruhani H.İsmayili xəstəxanaya çatdırılıb və müalicə olunur. 
 
Səudiyyə Ərəbistan polisi hadisəni törədən şəxslərdən 3 nəfəri həbs edib. Hazırda istintaq davam etdirilir. 
 

Google+ WhatsApp ok.ru