Məhkəmə müsəlman qadın polisin hicabla işə çıxmasına qərar verdi 02 Dekabr 2019 14:58 Dünya Cənubi Amerikanın şimal-şərq sahillərində yerləşən Trinidadda yaşayan müsəlman polis qadın Şeron Rup, vəzifə borcunu yerinə yetirərkən hicab geymək hüququnu müdafiə edib. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, O, 2018-ci ildə xidməti zamanı hicab qadağası ilə üzləşib. Belə ki, polis komissarı Stiven Uilyams ona baş örtüyündə işə gəlməyi qadağan edib. Bundan sonra qadın məhkəmədə qanunsuz qadağaya etiraz edib. Hakim Marqaret Muhammad Rupun lehinə qərar verib. Məhkəmənin qərarına görə, qadının hicab ilə işə gəlmək hüququ var, bundan əlavə, konstitusiya hüquqlarının pozulmasına görə böyük kompensasiya almalıdır. Bir il sonra, eyni hakim Muhammad, Rupun dini etiqad hüququnun pozulduğuna görə aldığı kompensasiya miqdarı ilə bağlı başqa bir qərar verib. Teqlər : #Məhkəmə,#müsəlman,#qadın,#polisin,#hicabla,#işə,#çıxmasına,#qərar,#verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Madriddə iqlim sammiti başlanır Myanmada 96 raxinli müsəlman həbs edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO