Mənzil bazarında durğunluq - Alıcı yoxdur, şirkətlər isə qiymətləri ucuzlaşdırmır

Mənzil bazarında durğunluq - Alıcı yoxdur, şirkətlər isə qiymətləri ucuzlaşdırmır

“Sfera.az”da dərc edilən “Mənzil bazarında durğunluq - Alıcı yoxdur, şirkətlər isə qiymətləri ucuzlaşdırmır” sərlövhəli məqalədə ölkənin mənzil bazarındakı vəziyət dəyərləndirilir.
 
Müəllifin sözlərinə görə, 2020-ci ildə mənzil bazarındakı durğunluq koronavirus pandemiyasının təsiri ilə bir qədər də ağırlaşıb, bazarda alıcı azlığı var, mənzillərin satışında ciddi çətinlik yaşanır, tələbin azalması qiymətlərə və satışın həcminə mənfi təsir göstərir.
 
Müəllif vurğulayır ki, böhran dövründə mənzil satışının zəifləməsi, insanların gəlirləinin, banklar tərəfindən verilən kreditlərin də həcminin azalması baş verir.
 
Müəllif mənzil satışının artması üçün, birincisi, qiymətin enməsini vacib sayır, qiymətin enməsi üçün isə ilkin mənzil bazarında ucuzlaşma olmasını şərt kimi irəli sürür, amma bu halın müşahidə olunmadığını bildirir.
 
Müəllifin 0qənaətinə görə, bazarda qiymət enməsi olmamasının səbəbi tikinti şirkətlərinin yeni vəziyyətlə barışmaq, ilkin bazarda mənzillərin qiymətlərini endirmək istəməməsidir.
 
Məqalə müəllifinə görə, bazarda alıcı aktivliyi azaldıqda bu, təxminən 1 il davam edir, odur ki, tikinti şirkətləri hələ çox gözləməli olacaqlar.
 
Müəllifə görə, ikinci yol ipoteka kreditlərinin artırılmasıdır, amma 2020-ci ilin ilk aylarında ipoteka kreditləri də azalıb.
 

Google+ WhatsApp ok.ru