Suriyanın şimalında kütləvi məzarlıq tapıldı

Suriyanın şimalında kütləvi məzarlıq tapıldı

Suriyanın Raqqa şəhəri ətrafında fermerlər 200 cəsəd olan kütləvi məzarlıq tapdıqlarını bildiriblər.
 
Maide.Az "Fars"agentliyinə istinadla xəbər verir ki,  Raqqa şəhər məclis üzvlərindən biri çərşənbə axşamı kütləvi məzar araşdırma qrupunun kütləvi məzar tapıldıqdan sonra bölgəyə göndərildiyini söyləyib.
 
Rəqqa şəhərinin İŞİD terrorçularının işğalından azad edildiyi gündən bəri, sözügedən kütləvi məzarlığın 25-ci qəbir olduğu müəyyən edilib. İndiyə qədər tapılmış kütləvi məzarlıqlarda 5.780 cəsədin olduğu qeyd edilib.
 
Suriya mənbələrinə görə, bu cəsədlər İŞİD terrorçuları tərəfindən qətlə yetirilən əsgərlərə və mülki şəxslərə aiddir.

Google+ WhatsApp ok.ru